Lənkəran Dövlət Universitetində müstəqilliyin bərpasının 20-ci ildönümü münasibətilə konfrans keçirilib
Lənkəran Dövlət Universitetində Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə konfrans keçirilib. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb.
SİA-ya verilən məlumata görə, konfransı universitetin rektoru, fizika-riyaziyyat elmlər doktoru, Əməkdar elm xadimi, professor Asəf İsgəndərov açıb və bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib. Universitetin tarix və fəlsəfə kafedrasının dosenti tarix elımləri namizədi Rauf İbadov "Azərbaycanın dövlət müstəqilliyi əbədidir və dönməzdir" mövzusunda məruzə edərək bildirib ki, müstəqil Azərbaycanın xilası müstəqilliyinin qorunması və inkişafı, beynəlxalq nüfuzunun artması ümummilli Heydər Əliyevin adı ilə bağlıdır. Konfransın davamında ölkə prezidenti İlham Əliyevə müraciət qəbul edib. Konfrans iştirakçıları qəbul etdikləri müraciətdə ölkənin müstəqilliyi, dövlətin möhkəmlənməsi, sabitliyin qorunması istiqamətində aparılan mübarizədə dövlər başçısı İlham Əliyevlə həmrəy olduqlarını, Azərbaycanın milli maraqlarına və bəşəri inkişafına xidmət edən daxili və xarici siyasətdə tutduğu qətiyyəti və düzgün xəttini ürəkdən bəyəndiklərini və müdafiə etdiklərini bildiriblər.
Konfransda həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin, rayonun elm, təhsil, mədəniyyət müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB