Meteohəssas insanlar, ehtiyatlı olun!

Meteohəssas insanlar, ehtiyatlı olun!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 24-29 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək.


Tibbi- meteoroloji proqnoza gəlincə oktyabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, oktyabrın 12-13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə