Əfsanəvi 701-ci briqadanın döyüşçüləri Ali Baş Komandana müraciət ediblər - FOTOSESSİYA
Bakı Şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları Veteranlar Şurası müstəqilliyimizin 20-ci ildönümü və Azərbaycan Ordusunun ilk 701-ci briqadasının yaradılmasının 20 illik yubileyini təntənəli surətdə qeyd edib.
SİA-nın verdiyi məlumata görə, tədbir veteranların müasir Azərbaycanın memarı, Ordu quruculuğunda əvəzedilməz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət etməsi ilə başlanıb. Sonra Şəhidlər Xiabanında şəhidlərin məzarlarna əklil qoyulması ilə davam etdirilib.
Xatırladaq ki, 701 saylı briqada öz başlanğıcını 09 oktyabr 1991-ci ildə yaradılan 18110 saylı hərbi hissədən götürüb. Azərbaycan Müdafiə Nazirliyinin əmri ilə 18110 saylı hərbi hissənin ilk komandiri rolkovnik Zadir Rzayev təyin edilib.
8110 saylı hərbi hissə ilk döyüşünü 11 dekabr 1991-ci ildə Kərkicahan kəndi uğrunda ararıb. 1-ci desant-hücum taborunun 1-ci bölüyünün iştirak etdiyi bu döyüşdə düşmən çoxlu canli qüvvə itki verərək geri çəkilmək məcburiyyətində qalır. 1-ci desant-hücum taboru 8 yanvar 1992- ci ildə "Daşaltı əməliyatı"nda iştirak edir. Bu əməliyyatda bizim itkilər 85 nəfər şəhid və çoxlu sayda yaralı olub.
Müdafiə nazirinin 10 mart 1992-ci il tarixli 01 saylı əmri ilə 18110 hərbi hissə 701 saylı briqada adı verilir. 701 saylı briqada əvvəlcə Ağdərə rayonunu, sonra isə Kəlbəçər rayonunun yaşayış məntəqələrini düşməndən azad edir. Bu döyüşlərdə briqada itkilər verməsinə baxmayaraq yüksək əzmkarlıq və rəşadət göstərib.
710 saylı briqada 1992-ci il 12 sentyabrdan 09 noyabr tarixinədək 1-ci Ordu Korpusunun "Laçın" qruplaşmasına daxil edilir və "Qoçaz" yüksəkliyiyini düşməndən azad edir.
1992-ci ilin noyabrından 1993-cü ilin arrelinədək 701 saylı briqadanın şəxsi heyəti Laçın və Kəlbəcər rayonlarında gedən gərgin və ağır döyüşlərdə iştirak edir və bu döyüşlərdə mənəvi-psixoloyi və fiziki dözümlülük, rəşadət, şücaət və qəhramanlıq nümayış etdirirlər.
1994-cü ilin fevral-mart əməliyyatında da 701 saylı briqada ağır qış şəraitində düşmənə qarşı döyüşüb və əzmkarlıq nümayiş etdirib.
Ümumiyyətlə, Qarabağ müharibəsinin bütün əməliyyatlarında 701 saylı briqada ancaq ən gərgin nöqtələrdə düşmənə qarşı vuruşub, briqadanın şəxsi heyəti əsgərdən tutmuş son rütbəli zabitə kimi öz imkan və qabiliyyətləri çərçivəsində vəzifələrini mətanətlə, ləyaqətlə, vicdanla yerinə yetiriblər.
701-ci briqadanın 1000 nəfərə yaxın döyüşçüsü Qarabağda torpaqlarımızın bütövlüyü uğrunda döyüşərək şəhid olub, 4 nəfər Azərbaycan Milli Qəhramanı adına, 11 nəfər Azər¬baycan Bayrağı ordeninə və 18 nəfəri "İgidliyə görə" medalı ilə təltif ediliblər.
Tədbirin davamı saat 14.00-da "Su səsi" restoranın böyük zalında veteranlar üçün davam etdirilib. Tədbirdə Hökümət, Qeyri Hökumət Təşkilatlarının, həmçinin Silahlı Qüvvələrin zabitləri və veteranları iştirak edib. Tədbiri giriş sözü ilə 701 saylı briqadanın veteranlar şurasının sədri rolkovnik Əzizağa Qənizadə açıb. Qonaqlar arasında Nazirlər Kabinetinin protokol şöbəsinin rəisi Hacıyev Akif, Resrublika Silahlı Qüvvələri və Hüquq-mühafizə Orqanları Veteranlar Şurasının sədri Baxışov Əlövsət, Bakı Şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları Veteranlar Şurasının sədri Qarayev Məmməd, Könüllü Hərbi Vətənrərvərlik Texniki İdman Cəmiyyətinin sədri general Orucov Novruzəli, Müdafiə Nazirliyinin şöbə müdiri, polkovnik Abdulla Qurbani, və Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədri Fizuli Rzaquliyev, Azərbaycan Resrublikası Beynəlmiləlci Əlil Döyüşçülər Fondunun rrezidenti Sərraf Oruc, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri Birliyinin sərdi Mehdi Mehdiyev, Azərbaycan Resrublikası Əfqanıstan Veteranları İctimai Birliyinin sər müavini Mirşamil Hadiyev və başqaları çıxış edərək müasir ordumuzun memarı Heydər Əliyevin ordu quruculuğunda müstəsna xidmətləri haqqında 701-ci briqadanın keçdiyi şərəfli yoldan danşıblar.
Tədbirdə Dağlıq Qarabağa həsr olunmuş filmlər, teatrlaşdırılmış səhnələr, fotosərgi, rəsm əsərləri nümayış etdirilib, hərbi vətənrərvərlik mahnıları və şerləri səsləndirilib.
Sonda Azərbaycanın Milli Ordusunun 701 saylı ilk hərbi hissənin ehtiyatda olan keçmiş zabit və əsgər doyüşçülərı işğal olunmuş torraq¬larımızın ermənilərdən azad etmək üçün Azərbaycan Respublikasnın Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrlərini yetirməyə hazır olduqlarını bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB