Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası tərəfindən əsası qoyulan Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd olundu, bu tədbirin beynəlxalq əməkdaşlığın genişlənməsi, xalqların və ölkələrin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyi vurğulanıb. Görüşdə, həmçinin Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB