Elektron kadastr məlumat bazası və kadastr xəritəsi yaradılır

Elektron kadastr məlumat bazası və kadastr xəritəsi yaradılır
Özəl torpaq sahiblərinin və bələdiyyələrin əmlaka dair elektron kadastr məlumat bazası və elektron kadastr xəritələri yaradılması istiqamətində layihə hazırlanıb. Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovun SİA-ya verdiyi məlumata görə, layihə reallaşandan sonra, torpaq islahatı zamanı torpaq sahələri üzərində atributların formalaşması ilə bağlı yaranmış problemlər aradan qaldırılacaq: "Dövlət, bələdiyyə, özəl torpaqların sərhədlərinin dəqiq müəyyən edilməsi işləri reallaşdırılacaq. Bütün bunlar isə vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaq. Bunlarla yanaşı, layihə nəticəsində şəffaf və səmərəli fəaliyyət göstərən daşınmaz əmlak bazarının inkişafı və stimullaşdırılması nəzərdə tutulur. İnkişaf etmiş ölkələrdə tətbiq olunan bu layihə daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mövcud prosedurların sadələşdirilməsi, qeydiyyata sərf olunan vaxtın azaldılması, məlumatların dəqiqliyinin təmin edilməsi, bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına, bütövlükdə elektron xidmətlərin geniş miqyasda tətbiqinə imkan yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə