Avropa Mətbuat Şuraları Alyansının Moskvada keçirilən XIII illik toplantısı başa çatıb
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun da qatıldığı iki günlük tədbirin ilk günü Avropada fəaliyyət göstərən eyni adlı qurumların hesabatları dinlənilib. SİA-nın xəbərinə görə, Ə.Amaşov çıxış edərək rəhbərlik etdiyi qurumun XII toplantıdan keçən müddətdə gördüyü işlərdən söhbət açıb. Tədbirin ikinci günündə iştirakçılar internet medianın cəmiyyətdəki rolu, bu tip media vasitələrində peşə davranışı qaydalarının pozulması halları, habelə mətbuatda rasizimin yayılmasındakı təzahür formaları və sair istiqamətlərdə fikir mübadiləsi aparıblar. Mətbuat Şuralarının iqtisadi vəziyyətləri ilə də bağlı müzakirələrin getdiyi toplantıda mövcud sahədəki problemlərin mümkün həlli yollarına toxunulub. Tədbirdə Avropa Mətbuat Şuraları Alyansının XIV illki toplantısının Belçikanın paytaxtı Brüsseldə təşkili qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB