Zəvvarların təhlükəsizliyi təmin olunub

Zəvvarların təhlükəsizliyi təmin olunub
Bu il Həcc ziyarətinə yollanacaq azərbaycanlı zəvvarların təhlükəsizliyini təmin etmək məqsədi ilə avtobusla həccə yollanacaq azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik edilib.
Qafqaz Müsəlmanları İdarəsindən SİA-ya verilən məlumata görə, əgər ötən illərdə avtobuslar Səudiyyə Ərəbistanına İraqdan daxil olurdularsa, bu il nəqliyyat vasitələri Suriyada baş verən hadisələrlə əlaqədar Azərbaycan – İran – İraq - Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər. Zəvvarlar İraqda Kərbəlanı da ziyarət edə biləcəklər. Bu ölkədə onların təhlükəsizliyini təmin etmək üçün İraq hökuməti ilə danışıqlar aparılıb və lazımi sənədlər imzalanıb. Zəvvarların sərhəd-keçid məntəqələrindən problemsiz keçməsi ilə bağlı da İraqla razılıq əldə olunub. İraq hökuməti ilə aparılan danışıqlardan sonra bu ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətinin əməkdaşları, azərbaycanlı zəvvarları daşıyan avtobuslar İraq ərazisinə daxil olandan sonra mühafizə edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə