Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Bakıdadır
RAzərbaycanda səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin bu gün Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.
Sonra Sergey Narışkin Şəhidlər xiyabanına gələrək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.Rusiya Prezidenti Administrasiyasının rəhbərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri, eləcə də Dövlət Bayrağı Meydanı barədə məlumat verilib.Sergey Narışkin Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB