Bakıda növbəti dəhşətli qətil törədilib. Daxili İşlər nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə hadisə Sabunçu rayonunun Nardaran qəsəbəsi, Ş. Tusi küçəsi, ev 6 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1990-cı il təvəllüdlü Akif Zeynalabdin oğlu Hüseynov ailə münaqişəsi zəminində anası, 1960-cı il təvəllüdlü Əminə Məhəmməd qızı Hüseynovanı bıçaqlayıb. 50 bıçaq xəsarəti alan Ə. Hüseynova yerindəcə dünyasını dəyişib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən A. Hüseynov saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB