Bakıda GUAM-ın beynəlxalq konfransı keçirilir

Bakıda GUAM-ın beynəlxalq konfransı keçirilir

Bu gün Bakıda GUAM Parlament Assambleyası və Baltik Assambleyasının "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransı işə başlayıb. Tədbirdə çıxış edən Azərbaycanın GUAM PA-da nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirib ki, müstəqillik əldə
edən Azərbaycan Ermənistanın işğalçı siyasəti ilə qarşılaşıb. Beynəlxalq ictimaiyyət bu problemi çözmək əvəzinə ikili standartlar tətbiq edir. E. Məmmədovun sözlərinə görə, konfransın keçirilməsi GUAM PA və Baltik Assambleyası arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək. Konfrans çərçivəsində enerji təhlükəsizliyi, GUAM və Baltik regionunda siyasi sabitlik, inteqrasiya məsələləri, nanoyexnologiyalar müzakirə olunacaq. GUAM PA sədri Anatoli Dimitriu isə bildirib ki, GUAM PA-nın Bakıda keçirilən iclası quruma üzv olan ölkələrin Avropa Birliyinə yaxınlaşması üçün böyük əhəmiyyət daşıyır: "GUAM ölkələri arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsinə ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə