Süleyman Dəmirəl Bakıya gəlir

Türkiyənin doqquzuncu dövlət başçısı Süleyman Dəmirəl sabah Azərbaycana gələcək. "Haberler.com"un verdiyi məlumata görə, keçmiş prezidentinin mətbuat xidməti onun sabah günorta saatlarında Bakıda olacağını bildirib.


Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin S.Dəmirəli Bakıda keçiriləcək "Bakı Beynəlxalq Humanitar Forum"da iştirak etməyə dəvət edib.


Üç gün davam edəcək forumda XXI əsrin ilk illərində dünya ölkələrinin qarşılaşdığı problemlər müzakirə olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə