Bu gün Xorvatiyanın Dubrovnik şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirilib. SIA-nın məlumatına görə, assambleyanın sədri Joao Suaresin sədrlik etdiyi iclasda ATƏT-in Minsk Qrupunun həmsədləri çıxış ediblər. Amerikalı həmsədr Robert Bradtke bildirib ki, vasitəçi dövlətlər Qafqazda sülhə nail olmaq üçün ən yüksək səviyyədə səylərini əsirgəmir. Diplomat deyib ki, onlar problemin 3 prinsip əsasında həllini görür: gücdən istifadə etməmək, dövlətlərin ərazi bötüvlüyü və xalqların öz müqqədaratını təyinetmə hüququ. Həmsədr eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin 6 element əsasında həllinə çalışdıqlarını bildirib. Bəndlər bunlardır: <strong>Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması, Dağlıq Qarabağa keçid statusunun verilməsi, Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi, Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli, Köçkünlərin öz yurd-yuvalarına dönüşü, Bölgədə beynəlxalq təhlükəsizlik təminatlarının və sülhyaratma əməliyyatının həyata keçirlməsi.strong>
R. Bradtkenin sözlərinə görə, tərəflər bəzi prinsipləri qəbul edir, bəzilərini isə qəbul etmək istəmir. Buna görə, yekun sazişə hələ nail olmaq mümkün olmur.Rusiyalı həmsədr İqor Popov isə əmin olduğunu bildirib ki, çözüm yalnız diplomatik üsullarla mümkündür: "Tərəflər müəyyən prinsipləri qəbu edir, digərini isə rədd edir. Belə yanaşma sülh sazişinə nail olmağımızı əngəlləyir". İ. Popov Rusiya rəhbərliyinin münaqişənin həlli üçün ciddi səy göstərdiyini söyləyib, eyni zamanda vurğulayıb ki, yalnız tərəflərin siyasi iradəsi əsasında sülh mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB