Tanınmış insanların üz cizgiləri, burnu və ya bədəninin digər hissələri göz önündə sürətlə dəyişməkdədir. Əvvəllər plastik əməliyyat etdirənlər siyahısına müğənnilər liderlik etsə də, son vaxtlar adi insanların da plastik əməliyyatlara müraciət etməsi halları artıb. Artıq silikon dodaq, silikon yanaq, kəsik burun və ya bədəninin digər hissələrini əməliyyat etdirən insanları görməyə gözümüz alışıb. Bir vaxtlar plastik əməliyyat haqda danışmağa belə ehtiyatla edənlər bu gün heç bir problem olmadan "bıçaq altına girirlər".
Plastik müdaxilə onlarla qadını bədheybət görkəmə salıb
Gözəllik naminə əməliyyata gedənləri hər zaman bir problem narahat edir. Görəsən bu əməliyyatlar, bədənini müxtəlif nahiyələrinə yeridilən gel və silikonlar nə dərəcədə təhlükəlidir?
Bu problemlərdən narahatlıq keçirənlərin bu və bu ətrafda olan digər suallarına \"Funda\" Tibb Mərkəzinin estetik cərrahiyyə şöbəsinin mütəxəssisi doktor Camal Əzimzadədən cavab aldıq. C. Əzimzadə bildirdi ki, plastik cərrahiyyə bu işlə qeyri-professionallar məşğul olduqda təhlükəyə çevrilə bilər: \"Ancaq bu o demək deyil ki, plastik cərrahiyyə üzrə əldə olunan nailiyyətlərin üstündən xətt çəkməməlidir. Eyni zamanda plastik əməliyyatlardan geniş istifadə etmək düzgündür demək də yanlış ola bilər. Plastik əməliyyat digər əməliyyat növləri kimi ən son mərhələ keçirilməlidir. Çünki bütün cərrahi müdaxilələr kimi, bu əməliyyatın da fəsadları qaçılmaz deyil. Dünya təcrübəsində də var ki, plastik müdaxilə onlarla qadını bədheybət görkəmə salıb. Məsələn, bizə müraciət edən pasientlərdən birinin dodağına silikon vurdurandan sonra üst dodağında şişmə, daha sonra isə çürümə əlamətləri aşkarlandı. Vəziyyəti olduqca təhlükəli olduğundan, müalicə müsbət nəticə vermədi. Nəticədə gənc qıza plastik cərrahiyyə yolu üst dodaq tikildi. Səbəb odur ki, bu gün əksər gözəllik salonlarında, tibb müəssisələrində silikondan geniş sürətdə istifadə edilir. Beynəlxalq aləmdə silikondan istifadə qadağa edilib və bu maddə öz təsirini gec göstərən hərbi sursat adlandırılıb. Ancaq yenə də bu gün ölkədə dodaqların, yanaqların böyüdülməsində silikondan istifadə edilir. Müəyyən vaxt keçdikdən sonra silikon dodaqda öz yerini dəyişir ki, bu da əyilmələrə səbəb olur. Ağırlaşma hallarında isə üz nahiyəsinin şişməsi, göyərməsi, iltihabı yarana bilər. Silikondansa müxtəlif fillinqlərdən (botoks, kollaqen) istifadə daha məqsədəuyğundur\".
Plastika və tütün bir araya sığmır
Mütəxəssis plastik bazara çoxsaylı keyfiyyətsiz preparatların ayaq açdığını da dedi: \"Bunun nəticəsidir ki, pasientlərin dodağında əyilmə, qıcıqlanma və ya şişlər əmələ gəlir. Səbəb vaxtı keçmiş və ya ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən preparatlardan istifadədir\". Həkim plastik cərrahiyyədən sonra yarana biləcək xəstəliklərdən də danışdı: \"Plastik əməliyyatdan sonra şəkər, xərçəng, dəri xəstəlikləri və ya iltihabı proseslərinin olması labüddür. Bu əməliyyatdan çıxanların ən böyük düşməni isə siqaretdir. Əgər pasiet tütündən istifadə edərsə, orqanizmdə müxtəlif xəstəliklərin yaranması qaçılmazdır. Plastik cərrahiyyənin ən çox fəsadı isə mammoplastikadan sonra yarana bilər. Belə ki, sinə nahiyəsində düzgün aparılmayan əməliyyat döşlərdə müxtəlif infeksiya və keyləşmə yarada bilər. Həmçinin bir müddətdən sonra əməliyyat zamanı istifadə edilən implantın qarışması və ya partlaması mümkündür. Bu əməliyyat zamanı da keyfiyyətli gellərdən istifadə məsləhət görülür. Ümumiyyətlə, bıçaq altına girməzdən öncə bir ölçüb-min biçməli və yalnız bu işin mütəxəssislərinə müraciət edilməlidir\".
Plastika yoxsa psixoloq?
Plastik əməliyyatın qiymətlərinə gəlincə C. Əzimzadə bildirdiki, ümumiyyətlə plastik cərrahiyyə baha olduğu üçün, minimal maddi vəsait tələb edən cərrahiyyə əməliyyatlarını həyata keçirilir: "Bu isə bizim işimizə mənfi təsir göstərir. Daha keyfiyyətli əməliyyatların baha başa gəlir. Ancaq bunu ödəməyə çoxlarının imkanı çatmır. Hazırda rinoplastika (burun cərrahiyyəsi) 550 - 700 manat arası, qulaqda cərrahiyyə 400 - 450 manat, dodağa gelköçürmə proseduru orta qiyməti 150 manatdır.
Liposaksiya (piyçəkmə) proseduru isə 900 - 1000 manat arasındadır. Ancaq endirim də ola bilər. Burada qiymət çəkiləcək piyin miqdarından da asılıdır. Bəzən liposaksiya 250 manata başa gəlir. Onu da deyim ki, bu məqsəd üçün müraciət edən pasiyentlər əvvəlcə müayinə olunur. Əgər piyin çəkisi 6 litrdən artıq olarsa, o halda cərrahiyyə əməliyyatına razılıq verilir. Bundan artıq piy çəkmək təhlükəlidir. Bəzən də görürsən ki, pasiyentlər ciddi bir qüsuru olmadıqda belə əməliyyat gecikmək üçün müraciət edir. Bu cür əməliyyatdan imtina edir və həmin şəxsin plastik cərraha yox, psixoloqa müraciət etməsi məsləhət görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB