Bir sıra qida məhsullarının keydiyyəti yoxlanılır

Bir sıra qida məhsullarının keydiyyəti yoxlanılır

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət mərkəzlərində yumurta, quş əti, duz, çay, qəhvənin və qənnadı məhsullarının təhlükəsizlik göstəricilərini yoxlayır. Bu barədə SİA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayev məlumat verib. O bidlirib ki, yumurta və quş əti ilə balı yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aparılır. Onun sözlərinə görə, bundan əlavə, yoxlamalar xörək duzunun yodlaşdırılması vəziyyəti, toksikoloji göstəriciləri, çay və qəhvənin təhlükəsizlik göstəricilərini araşdırmaq məqsədilə həyata keçirilir.

Oktyabrın 15-dən sonra isə ticarət mərkəzlərində satılan qənnadı məmulatlarının təhlükəsizlik göstəriciləri yoxlanılacaq. Yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə