Almaniyalı qonaqlar daha bir regiona səfər etdilər

Almaniyalı qonaqlar daha bir regiona səfər etdilər

Almaniyanın Humboldt Universitetinin müəllim vətələbələrindən ibarət nümayəndəheyəti Gəncə şəhərinə səfər edəcək. SİA-nın xəbərinə görə, qonaqlar bu günə kimi Şəki şəhərindəolub. Şəkidəonlar Rayon İcra Hakimiyyəti başçısının müavini ZərinəCavadova ilə görüşüblər. Görüş zamanı onlara Şəkinin tarixi, iqtisadi inkişafı, turizmin inkişafı üçün yaradılan şərait, keçirilən beynəlxalq tədbirlər haqqda məlumat verilib. Daha sonra qonaqlar Şəki Xan Sarayı, İpək toxuma müəssisəsi, tarix muzeyi ilə tanış olub, Kiş kəndində yerləşən Kiş Alban Məbədini ziyarət ediblər.

Qeyd edək ki, bundan öncə isə qonaqlarQəbələrayonunda səfərdə olublar. Burada onlar Qəbələnin iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, rayonda keçirilən beynəlxalq tədbirlər haqda məlumatlar əldə edib, bir zamanlar qədim Albaniyanın paytaxtı, bu gün isə Qəbələ şəhərinin xarabalıqları olan Çuxur qorugu ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə