Allahşükür Paşazadə Türkiyə baş nazirinin anasının dəfnində iştirak edəcək

Allahşükür Paşazadə Türkiyə baş nazirinin anasının dəfnində iştirak edəcək

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyəyə gedir. SİA-nın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğana anasının vəfatı ilə bağlı şəxsən başsağlığı vermək, həmçinin Tənzilə Ərdoğanın dəfn mərasimində iştirak etmək üçün yola düşür.

Mərhum bu gün İstanbul şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğan dünən 83 yaşında vəfat edib. Tənzilə Ərdoğan uzun müddət idi ki, xəstəlikdən müalicə edilirdi. O, bir müddət öncə öd kisəsindən əməliyyat edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə