Gəncədə İran mədəniyyət günləri keçirilib - FOTO

Gəncədə İran mədəniyyət günləri keçirilib - FOTO

Gəncədə İran mədəniyyət günləri uğurla yekunlaşıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında təşkil olunan tədbirdə İran İslam Respublikasının rəssamlarının əsərlərindən ibarət sərgi nümayiş olunub.

Tədbirdə bildirilib ki, İranda da Azərbaycanın mədəniyyət günləri keçirilib və ölkədə reallaşdırılan bu tədbirləri qarşılıqlı mədəniyyətlərin təbliği məqsədi daşıyır. Qeyd edək ki, Gəncədəki silsilə tədbirlərin sonuncu günündə İran dövlətinin mədəniyyət və irşad nazirinin müavini başda olmaqla bir sıra rəsmilər iştirak edib.

Diplomatların fikrincə, bu cür mədəni tədbirlərin təşkili hər iki ölkə arasında daha geniş əlaqə qurmağa imkan verir. Tədbirin sonunda İran musiqi kollektivlərinin çıxışı olub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə