"Turizm sənayesinin inkişafı: mövcud xidmət səviyyəsi və zəruri tədbirlər" layihəsi çərçivəsində keçirilən sorğuda buna aydınlıq gətirilib
"Turizm sənayesinin inkişafı: mövcud xidmət səviyyəsi və zəruri tədbirlər" layihəsi çərçivəsində turizm obyektlərində xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə sorğu aparılıb. Sorğunun arealı Bakı şəhəri də daxil olmaqla ölkənin 3 regionunu (Quba, Gəncə) əhatə edib. Bu barədə SİA-ya "Əks-səda" Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzinin sədri Sevinc Kərimova məlumat verib. Onun sözlərinə görə, layihə iyulun 11-dən başlayıb və layihə çərçivəsində 600 nəfər respondent sorğuya cəlb edilib
Mərkəz sədri qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Turizm sənayesinin inkişafı: mövcud xidmət səviyyəsi və zəruri tədbirlər" layihəsi çərçivəsində keçirilən sorğuda iştirak edən respondentlərin 25 % -ni xidmət obyektlərinin sahibləri, 25 % -ni xidmət işçiləri qalan 50 %-ni xidmət alanlar təşkil edib.
Xidmət alanlar
"Ümumiyyətlə mən xidmətin keyfiyyətindən razıyam" deyənlər 62% (tam razıyam 41, razıyam11% ), razı deyiləm deyənlər 24%, tamamilə razı deyiləm 4%, heç bir fikrim yoxdur deyənlər 10% təşkil edib.
İşçilərin göstərdikləri xidmət sahəsində aldıqları təlimin keyfiyyəti ilə bağlı respondentlərin fikri razıyam deyənlər 48% (tam razıyam 39, razıyam 19% ), razı deyiləm deyənlər 32%, tamamilə razı deyiləm 15%, heç bir fikrim yoxdur deyənlər 5% təşkil edib.
"İşçilər göstərdikləri xidmət sahəsində çox yaxşı istiqamətləndiriliblər" fikrinə razıyam deyənlər 48% (tam razıyam 34% , razıyam11% ), razı deyiləm deyənlər 22%, tamamilə razı deyiləm 14%, heç bir fikrim yoxdur deyənlər 16% təşkil edib.
"İşçilər mənim arzularımı canla-başla ödəməyə çalışırdılar" fikrinə razıyam deyənlər 75% (tam razıyam 52, razıyam 23% ), razı deyiləm deyənlər 20 %, tamamilə razı deyiləm 4%, heç bir fikrim yoxdur deyənlər 1% təşkil edib.
"Bu xidmətdən nə qədər tez-tez istifadə edirsiniz?" Respondentlerin arasından ildə 2-3 dəfə deyənləri 20%, ildə 1 dəfə deyənlər 80 % təşkil edib.
"Bu xidməti digərlərinə tövsiyyə edərdinizmi?" sualının cavabında respondentler arasında mütləq deyənlər- 70%, ola bilər- 12%, xeyr, qətiyyən- 5%, bilmirəm- 13% təşkil edib.
"Xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün nə təklif edərdiniz?" Bu sualın cavabında yerli turistlər qiymətlərin bahalığı məsələsini önə çəkib- 23%, personalın peşəkarlığının artırılması- 25%, dənizin təmizlənməsi- 4% . Bu suala xarici turistlər öz növbələrində viza məsələsində problemlər 9%, sifarişlərdə ləngimələr 4% , xidmət personalı ilə ünsiyyət problemlerini qabardıblar 35%.
Xidmət sahibləri
"Göstərdiyimiz xidmətin keyfiyətindən razıyıq" fikrinə tam razı olanlar 82%, bilmirəm deyənlər 12 %, heç bir fikrim yoxdur deyən 6% təşkil edib. Təvazökarlıq edib "razı deyiləm" deyən tapılmayıb.
İşçilərin xidmət sahəsində məlumatlığından razı olanlar 61%, razı olmayanlar 25 faiz, tam razı olmayanlar 12 %, bilmirəm deyənlər 2% təşkil edib.
"Xidmət sahiblərinin 85 % hesab edir ki, yaxşı xidmət göstərmək üçün kifayət qədər resurslarımız var"- bu fikirlə razılaşmayanlar və fikir bildirmək istəməyənlər 15% təşkil edir.
"Xidmətimiz haqqında kifayət qədər məlumat yaya bilirsizmi?" sualının cavabında xidmət sahibi olan respondentlərin 75% müsbət, digər 25 faizsə mənfi cavab verib, 10% fikir bildirməkdən imtina edib.
"Müştəri həmişə haqlıdır" deyən respondentlərin 90%, razı olmayan 5%, tamamilə razı deyiləm deyən 4%, fikir bildirmək istəməyənlər 1 % təşkil edib.
"Xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün nə təklif edərdiniz?" Bu hissədən xidmət sahibləri olan respondentlər təbliğatı artırmaq (tanıtım və rekomendasiya) 37%, xidmət işçiləri üçün xüsusi peşə məktəbləri açmaq 28%, peşəkar personala sahib olmaq 35%, kimi təkliflər bildiriblər.
Xidmət göstərənlər
"Göstərdiyim xidmət haqqında mənə hərtərəfli məlumat veriblər" fikri ilə razılaşan respondentlər xidmət göstərənlər arasında 61%, fikirlə razılaşmayanlar 31%, razı deyiləm 3%, bilmirəm 1%, heç bir fikrim yoxdur deyənlər 4% təşkil edir.
"İş yerdində fiziki iş şəraiti çox yaxşıdır" fikri ilə razılaşanlar respodentler arasında 72%, fikirlə razılaşmayanlar 13%, tamamilə razı deyiləm 8 %, bilmirəm 4%, heç bir fikrim yoxdur deyənlər 3 % təşkil edir.
"İşçilərin burda daimi olaraq iş yerlərini itirmək qorxusu yoxdur" bu fikirlə razılaşanlar 22%, razı olmayanlar 60%, tamamilə razı olmayanlar 7%, bilmirəm 3%, heç bir fikrim yoxdur deyənlər 8% təşkil edir.
"Bu sahəni çox sevdiyim üçün burda işləyirəm" razılaşanlar" 20%, razılaşmayanlar 70%, bilmirəm 5%, heç bir fikrim yoxdur deyənlər 5% təşkil edir.
"Neçə müddətdir ki, burda işləyirsiniz?" sualına xidmət göstərənlər arasından seçilmiş respondentlərin 8% 5 il, 15 % 2-3 il, 25 % 1 ildən çox, 28% 6 ay, 24% respondent isə 1 ay bu işlə məşğul olduğunu göstərib.
"Xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün nə təklif edərdiniz?" 40% peşəkar işçilər yetişdirmək, 30% personalın həyat səviyyəsini yaxşılaşdırmaq, 20% təbliğat işini yaxşı aparmaq, 10% qiymətləri balanslı etmək təkliflərini bildiriblər.
Mərkəzin sədri Sevinc Kərimova layihə ilə SİA-ya bildirib: "Layihənin məqsədi turizm obyektlərində xidmətin vəziyyətini tədqiq etmək və aidiyyatı dövlət qurumlarına:
1.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinə
3. Azərbaycan Respublikası Milli Məclisinə
təkliflər təqdim etməkdir".
Qeyd edək ki, bu il dövlət başçısı tərəfindən ölkədə "Turizm ili" elan edilib və bununla bağlı çoxlu işlər aparılır.
Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB