Səlim Müslümov: “Növbəti ildən pensiya təminatı yeni formada hesablanacaq”

Səlim Müslümov: “Növbəti ildən pensiya təminatı yeni formada hesablanacaq”

Növbəti ildən həyata keçirəcəyimiz əsas iş pensiyaların avtomatlaşdırılması olacaq. Bunu SİA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib. Sədr artıq oktyabrın 1-dən pensiya təminatı ilə bağlı bəyannamələrin qəbuluna başlanıldığını və əsas məqsədin pensiyaların təminatının avtomatlaşdırılması olduğunu söyləyib: "Hər hansı bir şəxs evində oturaraq 12 ildən artıq sığorta stajına malikdirsə, elektron formadan istifadə edərək bizə müraciət edir və biz lazımi pensiya kartı ilə onu təmin edirik".

Səlim Müslümov bununla da artıq pensiya təminatının avtomatlaşdırılmış şəkildə mərkəzdən idarə olunacağını sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə