Azərbaycanda Aerogeodeziya Mərkəzi yaradılır

Azərbaycanda Aerogeodeziya Mərkəzi yaradılır

Yaxın gələcəkdə Azərbaycanda Aerogeodeziya Mərkəzi istifadəyə veriləcək. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.


Onun sözlərinə görə, hazırda komitənin ölkə ərazisi üzrə 37 aerogeodeziya stansiyası fəaliyyət göstərir: "Bu yaxınlarda Aerogeodeziya Mərkəzinin rəsmi açılışı olacaq, sözügedən stansiyalardan mərkəzə 24 saat ərzində məlumatlar daxil olacaq".


Q.Məmmədov onu da bildirib ki, hazırda komitə elektron xidmətlərin genişləndirilməsi istiqamətində də işləri davam etdirir.

İlahə Vəliyeva


Bütün xəbərlər Facebook səhifəmizdə