Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri Bakı səfərinin yekunlarına həsr olunan mətbuat konfransı keçiriblər. SİA-nın xəbərinə görə, DAK-ın sədri Sabir Rüstəmxanlı bir həftəlik səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr barədə ətraflı məlumat verib. O bildirib ki, səfər müddətində keçirilən görüşlərin əsas müzakirə mövzusu güney azərbaycanlılarının bugünki vəziyyəti, Yaxış Şərq regionunda gedən gedən proseslər olub. Onun sözlərinə görə, səfərin məqsədi Güney Azərbaycanda baş verənlərlə bağlı məlumatları çatdırmaq, orada azərbaycanlılara qarşı törədilən haqsızlıqlar barədə xəbərləri bildirmək və bugün də fəaliyyət olan DAK tanıtdırmaqdan ibarətdir: "Azərbaycdan Mədəniyyət həftəsi keçriilən İranda azərbaycanlılar həbs edilir, onlara qarşı böhtanlar atılır, aylarla cəzaçəkmə müəssisələrində saxlanılır. Bu da Ermənistanla dotluğunu davam etdirən İranın ikiüzlü siyasət apardığını bir daha sübut edir.
DAK-ın fəaliyyəti barədə məlumat verən S.Rüstəmxanlı qeyd edib ki, təşkilat bu gün fəaliyyət göstərir, onun bütün rəhbərliyi-işini peşəkarcasına bilən adamlar birlikdə azərbaycanlıların hüquqlarının müdafiəsini sahəsində işlərini davam etdirir. Onun sözlərinə görə, lazım olduğu anda DAK-ın imkanlarından hər zaman istifadə olunacaq: "Səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi ilə görüşlər keçirilib, birgə müzakirələr aparılıb. Bu gün isə Milli Məclisdə DAK nümayəndələri ilə görüş keçiriləcək".
Tədbirin davamında DAK nümayəndələri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB