2030-cu ilədək Bakının mərkəzində Heydər Əliyev adına saraydan Hüseyn Cavid parkınadək bulvar zolağı salınacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən SİA-ya verilən məlumata görə, artıq bu istiqamətdə işlərə başlanılıb: "Belə ki, artıq Füzuli küçəsinin kənarı ilə bulvar zolağının birinci hissəsinin tikintisinə başlanıb. İlkin mərhələdə Heydər Əliyev sarayından Dram Teatra qədər, sonra isə Hüseyn Cavid parkınadək bulvar zolağı çəkiləcək".
Bulvar zolağına gedən nəqliyyat problemlərini həll etmək üçün Nəqliyyat Nazirliyi ilə layihə həyata keçiriləcək. Layihəyə əsasən, bulvarın altında yeraltı dayanacaqların tikintisi nəzərdə tutulub.
Bulvar zolağına gedən nəqliyyat problemlərini həll etmək üçün Nəqliyyat Nazirliyi ilə layihə həyata keçiriləcək. Layihəyə əsasən, bulvarın altında yeraltı dayanacaqların tikintisi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB