Subasmaya məruz qalan rayonların inventarlaşması və xəritələşdirilməsi işləri başa çatıb

Subasmaya məruz qalan rayonların inventarlaşması və xəritələşdirilməsi işləri başa çatıb

Kür və Araz çaylarının daşması nəticəsində subasmaya məruz qalan rayonların inventarlaşması və xəritələşdirilməsi işləri başa çatıb.SİA-nın verdiyi məlumata görə bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.


"2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində subasmaya məruz qalmış Sabirabad rayonunun 128 154 ha, Saatlı rayonunun 18692 ha və İmişli rayonunun 15698 ha ərazilərində çöl tədqiqatı, torpaqların mülkiyyət növləri üzrə inventarlaşması xəritələşdirilməsi işləri həyata keçirilib və həmin torpaqların yaxşılaşdırılması məqsədi ilə Tədbirlər planı hazırlanıb Azərbaycan Respublikasınin Nazirlər kobinetinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim olunub".

Komitə sədri Arazın yeni qolunun açılması məqsədi ilə uzunluğu 130 km olan trasın altına düşən 75856 ha torpaq sahələri ayrı-ayrı rayonlar və mülkiyyət növləri üzrə inventarlaşdırılaraq xəritələşdirilib və tikinti işləri üçün layihə işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhimdar Cəmiyyətinə təqdim edildiyini də diqqətə çatdırıb.


Bütün xəbərlər Facebook səhifəmizdə