Ədəbiyyat üzrə Nobel mükafatının laureatının adı açıqlandı

Ədəbiyyat üzrə Nobel mükafatının laureatının adı açıqlandı

Bu gün 2011-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb. SİA-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu mükafata İsveç şairi Tumas Transtremer layiq görülüb. Mükafatın məbləği 10 milyon İsveç kronudur (təxminən 1.4 milyon dollar).

Laureatın adını Nobel komitəsinin katibi Peter Enqlund açıqlayıb.

Qeyd edək ki, Mükafat dekabrın 10-da Stokholmda keçirilən təntənəli mərasimdə təqdim olunacaq. Daha öncə isə fizika, kimya üzrə laureatların adları açıqlanıb.


İlahə Vəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə