Ərəstun Baxşəliyev: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ölkəyə dividentlər verə bilər”
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin elmi işçisi Ərəstun Baxşəliyevin SİA-ya müsahibəsi
- Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ölkəmiz üçün daha çox diplomatik və siyasi baxımdan hansı üstünlüklər gətirə bilər?
- Ölkəmiz müstəqillik qazandıqdan sonra daima bu qurumla əməkdaşlıq edib. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi bu gün belə öz həllini tapmayıb. Azərbaycan bu məsələ ilə bağlı BMT-yə müraciət edib. Qurumun münaqişə ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələrdə Ermənistanın işğalçı ordusunun qəsb etdikləri Azərbaycan torpaqlarından tez bir müddətdə çıxarılması ilə bağlı qərar qəbul olunmuşdu. Çox təəssüf ki, bu qərar hələ də icra olunmamış qalmaqdadır. Bütün bunlara baxmayaraq qurumla əməkdaşlığını davam etdirir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ölkəyə dividentlər verə bilər. Buradan öz səsimizi daha asanlıqla, geniş ampulada çatdıra bilərik. Çünki BMT-də dünyanın aparıcı, nüfuzlu dövlətləri təmsil olunur və bu nöqteyi-nəzərdən həmin ölkələrlə sıx əməkdaşlıq etmək imkanı əldə edir.
- Azərbaycanın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olacağı təqdirdə bu imkan Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərə bilər?
- BMT-nin 66-cı sessiyasında Fələstinə muxtariyyət verilməsi məsələsi müzakirə edilərkən bir çox ölkə ona dəstək verdi. Azərbaycan isə dəfələrlə Dağlıq Qarabağ məsələsini burada gündəmə gətirib. Doğrudur hələ ki, heç bir uğur əldə edilməyib. Lakin Azərbaycan torpaqlarını azad etmək üçün hərb yoluna əl atarsa dünyaya bəyan etməyə sözü olacaq ki, biz məsələni BMT, eləcə də digər aparıcı təşkilatlar çərçivəsində müzakirəyə çıxardıq və heç bir nəticə əldə edə bilmədik.
- Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsə Azərbaycan bunu necə qarşılayacaq?
- Sözsüz ki, bu üzüntü ilə qarşılanar. Bu o demək deyil ki, biz bunu faciə kimi qəbul etməliyik. Sadəcə bizim imkanlarımız, seçilmə ehtimalımız digər namizədlərlə müqayisədə daha çoxdur. Azərbaycan yenə də öz sözünü deyəcək, haqq mübarizəsində yoluna davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB