Gülçülük inkişaf etdiriləcək

Gülçülük inkişaf etdiriləcək
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş gülçülüyün inkişafı məqsədilə Sahibkarlığa Kömək Milli Fondu sahibkarlardan aşağıdakı istiqamətlər üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlayır. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan SİA-ya verilən məlumata görə, təkliflərin qəbuluna aşağıdakı kimidir:

- məhsuldar gül plantasiyalarının salınması;
- müasir texnologiyaların tətbiqi ilə gül yağı və güldən hazırlanan digər məhsulların istehsalı müəssisələrinin yaradılması və ya yenidən qurulması.
"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, sahibkarlıq subyektləri göstərilən istiqamətlər üzrə investisiya layihələrini müvəkkil kredit təşkilatları vasitəsilə Fonda təqdim edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə