Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma olub.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev SIA-ya verdiyi m\'lumata görə Ermənistan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub və intensiv atışmalar olub. Nəticədə Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin həmləsini dəf edib və bir neçə düşmən zərərsizləşdirilib.
Atışma zamanı cəbhənin Tərtər və Tovuz rayonları istiqamətində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Novruz Qaryağdı oğlu Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Abbas oğlu Əsgərov şəhid olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB