Azərbaycan Prezidenti Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
SİA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda 2011-ci ildə tanınmış ədəbiyyatşünas- alim, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Abbas Fəttah oğlu Zamanovun 100 illiyinin tamam olduğu qeyd olunub.
Dövlət başçısı Təhsil Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməyi, Nazirlər Kabinetinə "Abbas Fəttah oğlu Zamanovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Nazirlər Kabinetinin 13 dekabr 1993-cü il tarixli 598 nömrəli qərarının icrasını təmin etməyi, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməyi tapşırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB