“Nalqae” qasırğası Çin ərazisinə daxil olub

“Nalqae” qasırğası Çin ərazisinə daxil olub
"Nalqae" tropik qasırğası Çinin cənubunda yerləşən Henanəyaləti ərazisinə daxil olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, saniyədə 25 metr sürətlə əsən külək leysan xarakterli yağışlarla müşayiət olunur. Təhlükəsizlik tədbirləri çərçivəsində 113 min insan yaşayış yerlərindən təxliyyə olunub. Hava və dəniz limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə