İtaliyada yaşayış binasında uçqun baş verib

İtaliyada yaşayış binasında uçqun baş verib

İtaliyanın Barletta şəhərində yaşayış binasında uçqun baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, üçmərtəbəli binanın uçması nəticəsində 4 nəfər ölüb. Xəsarət alanlar barədə məlumat verilmir. İlkin ehtimala görə, qəzaya qaz sızması nəticəsində baş vermiş partlayış səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə