Kanada və ABŞ-da aviaqəza baş verib

Kanada və ABŞ-da aviaqəza baş verib

Kanadanın şimal-qərbində aviaqəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, içərisində 4 nəfərin olduğu \"Cessna 208 B\" markalı yüngülmühərrikli təyyarə Lustelski yaşayış məntəqəsindən 25 km aralıda gölə düşüb. Nəticədə, 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Təyyarənin Yellounayf şəhəri istiqamətində hərəkət etdiyi bildirilir. Hadisənin başvermə səbəbi barədə məlumat verilmir. Araşdırma aparılır.

ABŞ-ın Nyu-York şəhərində də aviaqəza baş verib. Manhetten şəhəri istiqamətində hərəkət etmək üçün havaya qalxan \"Bell 206\" markalı vertolyot İst çayına düşüb. Hadisə zamanı vertolyotda 5 nəfər olub. Xilasedicilər onlardan 4-nü xilas etməyə müvəffəq olub. Digər şəxsin isə öldüyü qeyd edilir. Hadisənin başvermə səbəbi araşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə