Tikinti materialları bazarında qiymətlər artıb. Beləki ən son artım taxta materiallarında özünü göstərib. SİA-nın xəbərinə görə, əvvəlki ayda dikt məhsullarında baş verən sıçrayışlı qiymət artımı yenidən təkrarlanıb. Qiymət azalması dəmir məhsullarında nəzərə çarpsa da, Rusiyadan idxal edilən taxtanın qiymətində yüksək artımı ilə yadda qalıb. Qiymət atmasına səbəb kimi sahibkarlar əsasən mövsümi amilləri göstəriblər. Belə ki, Rusiya meşələrində isti aylarda bataqlıqların əmələ gəlməsi ağac kəsimlərinə mane olduğundan taxta-şalban bazarında qıtlıqla nəticələnir. Təbii ki, bu da istər ixracatda, istərsə də qiymətdə təsirsiz ötüşmür. Taxta materialları ilə eyni anda son vaxtlar boru məhsullarında da artımlar müşahidə olunub. Satıcıların sözlərinə görə, əvvəlki aylarla müqayisədə qiymətlərdə 10-15 faiz yüksəlmə var. Apardığımız araşdırmalar zamanı bazarda ötən aya nisbətən alıcı passivliyi də müşahidə edilib. Qeyd edək ki, respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi ötən ayla müqayisədə idxal məhsullarını 1,02 % üstələyərək 50,6% olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB