Bakı şəhəri, Yasamal rayonunda tikinti işləri aparılan ərazidə partlamamış döyüş sursatı aşkarlanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə barədə xəbər nazirliyə daxil olan kimi dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıblar.
Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın istifadəyə yararsız 1 (bir) ədəd 82 millimetrlik minaatan mərmisi olduğu müəyyən olunub. Aşkarlanan sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Həmçinin, xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb və hadisə yerinə əlavə baxış keçiriblər. Nəticədə, qeyd olunan ərazidə digər şübhəli əşya aşkar edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB