Azərbaycan Diplomatik Akademiyası 5-ci Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak edəcək
Azərbaycan Diplomatik Akademiyası (ADA) 6-8 oktyabr tarixlərində "Bakı Ekspo" sərgi mərkəzində təhsil xidmətləri, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğu sahəsində ixtisaslaşan 5-ci beynəlxalq "Education and Career" sərgisində iştirak edəcək. ADA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ADA-nın stentində təhsil ocağın bu il başlayan beynəlxalq münasibətlər və biznesin idarəolunması üzrə bakalavr proqramları, 2009-ci ildən həyata keçirilən diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramı (MADİA), ixtisas artırma layihələri (Xarici Siayət Proqramı və Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi proqramı) barədə ətraflı məlumat əldə etmək mümkün olacaq. Burada həmçinin artıq ADA-da təhsil alan tələbələrimizə sual vermək, onların təcrübəsindən bəhrələnmək imkanı yaradılacaq.
ADA-nın tələbələri yayda ABŞ, Avstriya, Rusiya, İtaliya, Gürcüstan və digər ölkələrə səfər edirlər, ATƏT-nın mənzil qərargahı, ABŞ-ın tanımmış araşdırma mərkəzləri Atlantik Şurası və Hadson İnstitutu, Azərbaycanın xaricdəki səfirliklərində təcrübə keçirlər.
Seçilmiş tələbələr İngiltərənin Qlazqo Universitetinə və İsveçrənin Cenevrə Təhlükəsizlik Araşdırmaları Mərkəzinə bir semestrlik mübadilə proqramlarına göndərilir. Eyni zamanda, ADA-da oxumaq istəyən tələbələr aşağı faizlə təhsil krediti ala bilər, əlaçı tələbələr isə təhsil haqqından azad olunurlar.
Qeyd edək ki, bu günə kimi ADA-nın MADİA proqramında azərbaycanlı tələbələrlə yanaşı Çexiya, Meksika, Pakistan, Rusiya Federasiyası, ABŞ, Macarıstan, Qambiya, Gürcüstan, Keniya, Argentina, Ukrayna və Fici adaları vətəndaşları da təhsil alıblar və ya almaqda davam edirlər.
Stenddə həmçinin ADA Kitab Mərkəzimizin dünya üzrə şöhrət qazanmış əsərlər ilə Azərbaycan, Rus və İngilis dilərində tanış olmaq, mərkəzdə həyata keçirilən çoxlu sayda mədəni-ictima tədbirlər haqqında ətraflı məlumat almaq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB