773 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbir görülüb

773 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbir görülüb
Cari ildə ölkədə yaşayan 1260 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Dövlət Miqrasiya Xidmətindən SİA-ya verilən məlumata görə, onlardan 269 nəfərin cərimə olunub və ölkə ərazisində yaşamaları leqallaşdırılıb: "773 əcnəbi barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbir görülüb. Qanuna riayət etməyən əcnəbilər haqqında 48 saat ərzində ölkəni tərk etmə, 218 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə