Avropa İttifaqının nümayəndələri Gəncədə səfərdədir - FOTO

Avropa İttifaqının nümayəndələri Gəncədə səfərdədir - FOTO

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin bir qrup rəsmisi Gəncə şəhərində olublar. SİA-nın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində avropalı diplomatları ilk olaraq Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qəbul edib. Görüşdə insan hüquqları və demokratiyanın Gəncədəki vəziyyəti, vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün yaradılan şəraitlə bağlı geniş fikir mübadiləsi aparılıb. Qonaqları maraqlandıran bir sıra suallara aydınlıq gətirilib.

Diplomatlar həmçinin Gəncədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətlərinin rəhbərləri ilə bir araya gələcək. Burada onlar üçün yaradılan iş şəraiti, üzləşdikləri çətinliklər və onların həlli yolları diqqət mərkəzində olacaq. Eyni zamanda təhsil, gender və sosial məsələlər ətrafında da fikir mübadiləsinin aparılması nəzərdə tutulub. Səfərin nəticələri ilə bağlı hesabat Avropa İttifaqına göndəriləcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə