İran İslam Respublikasının mədəniyyət naziri Seyid Məhəmməd Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Gəncə şəhərinə səfər edib. Səfərdə əsas məqsəd Gəncə şəhəri ilə tanışlıq, eləcə də ölkəmizin mədəniyyətinin daha geniş şəkildə öyrənilməsi olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, iranlı nazir İcra Hakimiyyəti başçısı Elmar Vəliyevlə görüşüb.
Görüşdən sonra nazir dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, məzarı üstünə gül dəstələri düzüb. Seyid Məhəmməd Hüseyn günün ikinci yarısında da bir sıra görüşlər keçirib. Bununla da iranlı nazirin Gəncəyə səfəri başa çatıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB