Beynəlxalq İnformasiya Mərkəzinin sədri, "Milli Qəhrəman" qəzetinin baş redaktoru Mirbəşir Seyidzadənin təşkilatçılığı və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Adil oğlu Babayevin doğum günü ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə dövlət və hökumət nümayəndələri, YAP Yasamal rayon təşkilatının sədri və İdarə heyətinin üzvləri, Milli Qəhrəmanın valideynləri və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş digər milli qəhrəmanların ailə üzvləri iştirak edib.
Tədbirdə çıxış edənlər qəhrəmanın həyat yoluna nəzər salaraq bildiriblər ki, Çingiz Babayev 1995-ci ilin oktyabrın 28-də Bakının "Ulduz" və "Nərimanov" stansiyaları arasında hərəkət edən qatarın birdən alovlanması nəticəsində 300-dən artıq sərnişinin həyatını xilas edərkən faciəli şəkildə həlak olub. Qeyd olunub ki, o öz qəhrəmanlığı ilə Azərbaycanın qəhrəmanlıq tarixinə şanlı bir səhifə açıb. Məhz onun göstərdiyi bu rəşadətinə görə, Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 1996-cı il tarixli 506 saylı Fərmanı ilə Babayev Çingiz Adil oğluna ölümündən sonar "Azərbaycanın Milli qəhrəmanı" fəxri adı verilib. Tədbirin sonunda isə digər qonaqlar qəhrəmanla bağlı xoş xatirələrini bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB