50 fiziki şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb. Müsadirə borcu olan bu şəxslərin Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti tərəfindən müsadirə ölkədən getmək hüququnun müvafiq qaydada məhdudlaşdırılması istiqamətində tədbirlərə başlanılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsadirə borcu olan daha 10 əcnəbi və 40 Azərbaycan vətəndaşının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib. Müraciət əsasında məhkəmələrə 8 fiziki şəxs üzrə təqdimat verilib.
Hazırda verilmiş təqdimatlar əsasında məhkəmə qərardadı ilə bir Türkiyə vətəndaşının ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb. Departament tərəfindən 6 fiziki şəxs, o cümlədən 3 əcnəbi vətəndaş və 3 Azərbaycan vətəndaşının ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat barədə borcluya məlumat verildikdən sonra həmin şəxslər tərəfindən müvafiq müsadirə məbləğləri dövlət büdcəsinə ödənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB