"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatlarına payız baxışına artıq start verilib. İdarənin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi xəbərə görə, qış mövsümünün başlanması ilə əlaqədar olaraq dəmir yolunun bütün istiqamətlərində yoxlama tədbirləri həyata keçirilir. "Görüləcək işlər çərçivəsində təsərrüfatların və tikililərin saxlanışı vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılacaq".
Payız baxışı Böyük-Kəsik stansiyasından başlayaraq, sonrakı hərəkət xətti Böyük-Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan-Ələt, Yalama-Sumqayıt, Ələt-Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H. Z. Tağıyev–çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla sahə və istiqamətlər üzrə davam edəcək.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB