Dərs ilinin başlamasından on gündən çox vaxt ötsə də, hələ də vahid məktəbli forması məsələsi gündəmi məşğul etməkdədir. Sentyabr ayının ən "qaynar" müzakirə mövzusunun gündə
mdən düşməməyinə səbəb hələ də vahid məktəbli geyiminin tətbiqi ilə bir sıra neqativ halların ortaya çıxmasıdır. Kimi vahid məktəbli geyiminin baha olmasından, kimi məktəbli geyiminin "qıta çəkilməsindən", kimi geyimlərin keyfiyyətindən, kimi də öclülərin düzgün gəlməməyindən şikayətlənir. Sonuncu problemlə bağlı vəziyyət hazırda daha aktualdır. Valideynlər övladlarının ölçülərinə məktəbli geyimi tapa bilməməkdən daha çox şikayət etdikləri halda, müəllim və məktəb direktorları isə məktəbliləri forma ala bilməməkdə suçlu bilib dərsə buraxmırlar. Bir necə gündür ki, əksər məktəblərdə məktəbli geyimi olmayan şagirdlər məktəbin kandarından içəri gecə bilmirlər.
40 böyük ölçüləri olan məktəblilər dərsə gedə bilmir
Qeyd edək ki, problemdən xali olan Bakı Şəhər Təhsil İdarəsi məktəblilərə oktyabr ayının 1-nə kimi geyim almaq üçün möhlət vermişdi. Ancaq bu zaman kəsiyi də valideynlərin geyim alması üçün bəs etmədi. Çünki "vahid məktəbli geyimi" almaq üçün həftələrlə növbəyə duran valideynlər əliboş geri qayıdırlar.
Məktəbli geyimlərinin tikilişini həyata keçirən "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin qarşısında gördüklərimiz bir daha narazılıqları nə dərəcədə aktual olduğunu sübut etdi.
Növbəyə duranların hamısı narazı və yorğun görünür. Valideynlər səbirsizliklə satıcıların onlara təqdim edəcəyi növbəti geyimi gözləyir ki, bəlkə nəhayət ki, ölçü uyğun gəldi deyib növbədən can qurtaralar. Ancaq məktəblilərin çoxunun ölçülərinə uyğun keyim yoxdur ki, yoxdur.
Kənardan apardığımız müşahidələrdən sonra bu qənaətə gəlmişdik ki, bizi görən valideynlərin də elə bil dərdləri təzələndi. Şikayətçilərin hamısı bir ağızdan söylədilər ki, övladları bir necə gündür ki, dərsə buraxılmır: "Oğlum 11- ci sinifdə oxuyur. 4 gündür ki, paytaxt ərazisində fəaliyyət göstərən bütün mağazaları gəzmişik. Heç birində uşağın əyninə paltar tapa bilmirəm. Ölçüləri uyğun deyil. Birinin şalvarı böyükdür, birinin isə pencəyi. Uşağı dərsə buraxmırlar. Mağazalarda 40 və ondan böyük ölçülərdə paltar tapılmır".
6-cı sinif şagirdi Bəhruz isə ümumiyyətlə məktəbli formasından narazı olduğunu deyir: "Məktəbə getməyə utanıram. Məktəbli geyimlərinin hansını geyinirəm çiyinləri, qolları "tökülüb-itir". Mənim ölçülərimə paltar yoxdur. Rəngi də çox solğundur. Mən məktəbə belə paltar geyinmək istəmirəm, amma məcburam. Heç olmasa əynimin ölçülərinə uyğun geyim tapsınlar".
Valideynlər arasında qiymətlərin baha olmasından, keyfiyyətin aşağı olmasından şikayətlənələr də az deyildi. Bəziləri isə bu geyimləri alandan sonra dərziyə verərək yenidən düzəltdirməsindən şikayətlənirdilər: "3 övladım məktəbə gedir. Hələlik yalnız birinə uyğun geyim ala bilmişəm. Onu da dərzi güc-bəla ilə uşağın əyninə bir təhər uyğunlaşdırıb. 7 və 9-cu sinifdə oxuyan övladlarımın ölçülərinə uyğun paltar isə tapa bilmirəm".
Günah valideynlərdədir...
"Bakı Tikiş Evi" nin şöbə müdiri Etibar Əzimov isə deyilənlərlə razılaşmır: "Problemi yaradan əsas səbəblərdən biri valideynlərin dərs gününə bir necə gün qalmış məktəbli geyimi almağa gəlmələridir. Bizdə paltarlar hələ may ayından hazır olur. Ancaq heç kim o vaxtlar geyimlə maraqlanmırdı. Məktəbli geyimi yalnız dərs başlayan ərəfədə yada düşür. Nəticədə növbə yaranır. O ki qaldı ölçülərin tapılmamağına belə bir problem yoxdur. Hər bir ölçüdə geyimlər var və hamı geyimlə təmin olunacaq. Nəzərə almaq lazımdır ki, bu il ötən ilkindən fərqli olaraq təkcə 1-6-cı siniflər deyil, həm də yuxarı siniflər üçün geyim hazırlanıb. Bakı şəhərində isə 300 mindən çox 1-11-ci sinif şagirdi var. Hamının geyimlə təmin olunması üçün zəruri tədbirlər görülür".
Valideynlər elə bizimlə söhbət zamanında da E. Əzimova yaxınlaşaraq uşaqların ölçülərinə geyim olmadığını israrla bildirsələr də, bir necə gündür uyğun ölçülərin tapılmadığını söyləsələr də, Etibar müəllim israrla bildirdi ki, anbarda olan geyimləri də tezliklə acıb hamını razılıqla yola salacaqlar.
Ancaq tikiş fabrikində olduğumuz müddətdə hələ də çoxsaylı insan ordusunun səbirsizliklə uyğun ölçülü keyim ümidi ilə gözləyirdi...
Keyfiyyətsiz geyimlərdən şikayətlənənlərə cavab olaraq isə E. Əzimov bildirdi ki, "Bakı Tikiş Evi" və 11 rayonun ərazisində fəaliyyət göstərən mağazalarda keyfiyyətsiz geyimin satışı ilə bağlı səslənənlər reallığı əks etdirmir: "Bizim hazırladığımız məktəbli geyimlərinin geyimlərin üstündə Cin-dən gətirilən parçalardan geyimlər hazırlanıb. Bunun qarşısını biz ala bilmərik. Bizim geyimlərin keyfiyyətinə tam zəmanət verilir".
Yeri gəlmişkən deyək ki, "vahid məktəbli geyimi"nin qiyməti ölçüsündən asılı olaraq 40-55 manat arasında dəyişir. I-VI siniflər üçün, 26-38 ölçü məktəbli dəstinin qiyməti 40 manatdır. Bu dəstə köynək, jilet, pencək, qızlar üçün yubka, oğlanlar üçün isə şalvar daxildir. Ayrı-ayrılıqda götürəndə 26-38 ölçü kostyumun qiyməti 30 manat, jilet 5 manat, köynək 5 manatdır. 40-44 ölçü dəstin qiyməti 45 manat, yuxarı siniflər üçün 38-48 ölçü dəstin qiyməti isə 53 manatdır. 50-54 ölçü dəstlər isə 55 manatadır.
Ancaq yerlərdə bu qiymətlərin şişirdilməsi faktları haqda səslənən narazılıqlar da səngimək bilmir. Valideynlər bildirir ki, mağazalarda təkcə kostyum 40-45 manat, jilet 6 manat, köynək 6 manata satılır. Ölçüdən asılı olaraq qiymətlər də bahalaşır. Hazırda "vahid məktəbli geyimləri" Binə və Sədərəkdə də satışa çıxarılıb.
Məktəbli geyimi ətrafında mübahisəli vəziyyət getdikcə gərginləşirdi. Çünki tərəflər arasında mübahisəli vəziyyət getdikcə qızışırdı. Valideynlər uşaqlara sabahı gün dərsə buraxılmaları üçün geyim axtarır, "Bakı Tikiş Evi" satıcıları isə bütün mümkün variantları onlara təklif etsələr də uyğun ölçü tapa bilmirdilər. Biz öhdəmizə düşən vəzifəni yerinə yetirib uzaqlaşırıq. Məktəblilər və növbədə günlərlə gözləyən valideynlər isə hələ nə qədər növbədə gözləyəcəyi məlum deyil. Əsəbləri tarıma çəkilən insanların buna daha nə qədər tab gətirəcəyi isə məlum deyil.
Sabah növbəti dərs günüdür. Görəsən axır ki bütün məktəblilər dərsə gedə biləcək...

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB