"Şəffaflıq Azərbaycan"
Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə pensiyaların təyinatı sahəsində
problemlərin həlli yolları ilə bağlı müzakirələrin aparılması məqsədilə dəyirmi
masa keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF), Korrupsiyaya qarşı mübarizə üzrə dövlət
komissiyasının, Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinin,
yerli və beynəlxalq qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib.
Tədbirin təşkilində əsas məqsəd isə pensiyaların təyinatı zamanı ortaya çıxa
biləcək korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan
çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, eyni zamanda bu sahədə
şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya
qoymaq idi. Tədbirdə çıxış edənlər Dövlət Sosial Müdafiə Fondunun aparatının
əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev tədbirlə bağlı danışaraq Azərbaycanda pensiya
təminatının bəzi problemləri haqqında fikirlərini bölüşüblər. "Şəffaflıq
Azərbaycan" Korrupsiyaya qarşı Mübarizə
İctimai Birliyinin icraçı direktoru
Rəna Səfərəliyeva isə pensiyaların təyin edilməsində şəffaflığın təmin edilməsi
il bağlı ümumi tövsiyyələr səsləndirib.
Tədbirin sonunda isə iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB