Yevlaxda müstəqilliyin 20 illiyi ilə bağlı tədbir keçirilib - FOTO
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır" adlı dəyirmi masa keçirilib.
Təşkilatın qərargahında düzənlənən dəyirmi masanı YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov açaraq dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünün ölkə başçısı İlham Əliyevin sərəncamı ilə dövlət səviyyəsində qeyd olunmasından, bununla bağlı silsilə tədbirlərin keçirilməsindən, hazırkı dəyirmi masanın da həmin tədbirlərdən biri olmasından danışıb.
Təşkilatın aparat rəhbəri Əli Quliyev müstəqilliyin ilk illərində ölkədə baş verən hərc-mərclik, hakimiyyət uğrunda çəkişmələr, yaranan dərin sosial-iqtisadi böhrandan, müstəqilliyin itirilmə təhlükəsi ilə üz-üzə qalmasından danışıb. Bildirib ki, məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı ölkəni böyük bir fəlakətdən xilas etdi.
Təşkilatın Gənclər Birliyinin sədr müavini Aynurə İsayeva çıxışında rayon təşkilatının fəaliyyətində gənclərin rolundan danışıb.
Yevlax şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşova müstəqilliyimizin ən böyük tarixi nailiyyətimiz olduğundan, onun möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolundan, Prezident İlham Əliyevin bütün fəaliyyəti ilə ulu öndərin müəyyən etdiyi və respublikamızı sürətli inkişaf yolu ilə aparan kursa sadiqliyindən danışıb, uğurlarımızı statistik rəqəmlərlə diqqətə çatdırıb.
Tədbirin sonunda bir qrup YAP fəalına fəxri fərmanlar təqdim edilib.
Tədbirdə partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB