Dövlət Baytarlıq İdarəsinin tədbirlər planına uyğun olaraq qurumun Gəncədəki nümayəndəliyi quş qripi əleyhinə növbəti yoxlamalara başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, ölkənin ikinci böyük şəhərində monitorinqlər əsasən Gəncənin mərkəzi bazarında həyata keçirilib. Yoxlamalar zamanı məqsəd açıq havada diri quş satışının qarşısını almaqdır.
Araşdırmalar göstərib ki, şəhərin bazarında açıq havada ev quşlarının satışı davam etdirilir. Baxmayaraq ki, Dövlət Baytarlıq İdarəsi tərəfindən respublikanın bütün bazarlarının rəhbərlərinə rəsmi məktub göndərilib. Monitorinqlər zamanı bazar rəhbərliyinə yenə rəsmi xəbərdarlıq edilib. Əgər açıq havada quş satışı dayandırılmasa, ümumiyyətlə bazarlarda diri quş satışına qadağa qoyulacaq.
Reydlər digər bazarlarda da həyata keçiriləcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB