Gənclərin işlə təminatı üçün SYSLAB Bakı Mərkəzi açılıb

Gənclərin işlə təminatı üçün SYSLAB Bakı Mərkəzi açılıb

Bu gün Bakı Baş Məşğulluq Mərkəzində "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı" layihəsi çərçivəsində SYSLAB Bakı Mərkəzinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Açılış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, BMT-nin İnkişaf Proqramının Bakıdakı nümayəndəliyinin, Norveç Krallığının Azərbaycandakı səfirliyinin, SYSLAB şirkətinin və KİV-in nümayəndələri iştirak edib.Mərkəzin açılışı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakıdakı nümayəndəliyi, Norveçin SYSLAB şirkəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində baş tutub. Baş Məşğulluq İdarəsinin rəis müavini Xaliq İlyasov bildirib ki, mərkəzin açılmasında məqsəd il ərzində 120 nəfər işaxtaran şəxslərə təlim dəstəyi göstərmək, işaxtaranları əmək bazarına inteqrasiya etməkdir. Layihə çərçivəsində ilkin olaraq 40 nəfərin seçildiyini deyən X.İlyasov vurğulayıb ki, onlara təlimlər keçiriləcək və işlə təmin olunmalarına köməklik göstəriləcək.

"4-6 ay ərzində orta hesabla layihədə iştirak edən iştirakçıların 80%-i iş tapmağa nail olurlar. Layihə periodu təlimlər, fəal iş axtarma, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s. olmaqla bir neçə mərhələdən ibarətdir", - deyə o əlavə edib.

Qeyd edək ki, 1992-ci il noyabrın 23-də Bergendə təsis edilən SYSLAB - İnnovasiya və Məşğulluq üzrə Sistemlər Laboratoriyası SYSLAB International AS.-in məhsuludur.

Bütün xəbərlər Facebook səhifəmizdə