ATƏT-in Bakı ofisi təlim keçirəcək

ATƏT-in Bakı ofisi təlim keçirəcək

Oktyabrın 20-24-də ATƏT-in Bakı ofisi "İctimaiyyətlə əlaqələr və siyasi kampaniyalar" mövzusunda siyasi partiya, media və vətəndaş cəmiyyətinin gənc nümayəndələri üçün təlim təşkil edəcək. SİA-nın məlumatına görə, tədbir gənclərin ictimai həyatda iştirakı, ictimaiyyətlə əlaqələr və siyasi kampaniyalar, PR kampaniyalarının strategiyası, risklərin öyrənilməsi, hədəflərin müəyyənləşdirilməsi, mesajların çatdırılması, obrazların yaradılması, seçki kampaniyalarının təşkili və idarə olunması, böhran vəziyyətlərində ictimaiyyətlə əlaqələr mövzularını əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə