Türk dövlətlərinin müstəqilliklərinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
5-6 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) direktor müavini Gülşən Paşayeva Ankarada (Türkiyə) Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin təşkil etdiyi "Türk dövlətləri müstəqilliklərinin 20-ci ildönümü: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan" mövzusunda keçiriləcək beynəlxalq konfransa qatılacaq.
SAM-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mərkəzin direktor müavini tədbirdə "Türk dövlətləri arasında siyasi münasibətlər: Qiymətləndirmə, problemlər və təkliflər" panelində əsas məruzəçi qismində çıxış edəcək.
Tədbirin keçirilməsində əsas məqsəd keçmiş dövrün əsas problemlərinin elmi təhlilinin aparılması və bu mövzuda həyata keçirilmiş layihələrin nəticələri ilə tanış olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB