Ermənistan növbəti destruktiv mövqeyini Avropa qarşısında nümayiş etdirdi - Politoloqlar
Avropa İttifaqı dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə format ATƏT-in Minsk Qrupudur. Lakin Brüssel də bu münaqişənin həlli üçün öz köməyini göstərməyə hazırdır. Avropa İttifaqınin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Ketrin Eşton Varşavada keçirilən "Şərq tərəfdaşlığı" sammitində Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşdü. Rəsmi Bakı bütün bu addımlara hə desədə İrəvan həmişə qaçır.
Növbəti qaçış isə Varşavada keçirilən "Şərq tərəfdaşlığı" sammitində Avropa İttifaqının üç Cənubi Qafqaz ölkəsi prezidentlərinin görüşünə dair təşəbbüsündən oldu. Azərbaycan və Gürcüsatn prezidentləri bu görüşə razılıq versələrdə Ermənistan prezidenti Serj Sərkisyan görüş keçirilən yerin qapısını çöldən bağladı.
Millət vəkili Rasim Musabəyov isə hesab edir ki, Serj Sarkisyanın bu görüşə yox deməsi növbəti dəfə rəsmi İrəvanın destruktiv mövqe nümayiş etdirməsinin bariz nümunəsidir.
Politoloq Asim Mollazadə isə hesab edir ki, Serj Sarkisyanın görüşdən imtina etməsi Ermənistanın hələ də danışıqlarda immitasiya ilə məşğul olmasını göstərir. Belə ki, əsas məqsəd münaqişənin həllində "status-kvo"nun saxlanılmasıdır.
Qeyd edək ki, Polşanın paytaxtı Varşavada Avropa İttifaqının təklifi ilə Gürcüstan, Azərbaycan, Ermənistan prezidentlərinin görüşü olmalı idi. Azərbaycan buna razılıq versədə Ermənistan bundan imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB