Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) oktyabrın 3-də Naxçıvan regional bölməsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri" mövzusunda elmi-praktik konfrans keçirilib. Dövlət komissiyasından SİA-ya verilən məlumata görə,tədbirdən öncə konfrans iştirakçıları TQDK-nın fəaliyyətinə dair qısametrajlı sənədli filmə tamaşa ediblər.

Elmi-praktik konfransda məruzə ilə çıxış edən TQDK sədri Məleykə Abbaszadə dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirib. Qeyd olunub ki, 1993-cü ildə müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olmaq təhlükəsi aradan qalxmış, ümummilli liderimizin rəhbərliyi altında müstəqil dövlət quruculuğu istiqamətində məqsədyönlü gərgin və ardıcıl işlər görülüb. Daha sonra Konfransda Naxçıvan MR-nın Təhsil naziri Piri Nağıyev, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli, TQDK-nın şöbə müdiri Tariyel Bədəlov, TQDK Naxçıvan regional bölməsinin aparıcı məsləhətçisi Səməndər Nəsirov məruzə ilə çıxış ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə