Böyük Britaniyanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Piter Beytman (Peter Bateman) Bakıya gəlib. SİA-nın xəbərinə görə, səfir öz etimadnaməsini bu günlərdə Azərbaycan prezidentinə təqdim edəcək və bundan sonra səlahiyyətlərinin rəsmi icrasına başlamış olacaq. Piter Beytman Azərbaycanda səlahiyyət müddəti başa çatmış Karolin Braunu (Carolyn Browne) əvəz edəcək. Yeni səfir 20 ildən çox Britaniya Xarici İşlər Nazirliyi sistemində, habelə müxtəlif beynəlxalq qurumlarda ayrı-ayrı diplomatik vəzifələrdə çalışıb. O, Britaniyanın Afrika, Almaniya, Yaponiyadakı diplomatik missiyalarında işləyib, Azərbaycana təyin edilməmişdən öncə ölkəsinin Lüksemburqda səfiri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB